Gülər Əhmədovanın vəkilləri arasında yeni dava

Gülər Əhmədovanın vəkilləri arasında yeni dava
  22 Oktyabr 2013    Oxunub:1101
Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın hüquqlarını müdafiə edən vəkilləri arasında soyuq müharibə davam edir.
Belə ki, G. Əhmədovanın tanınmış vəkil Raqif Mustafayevdən imtina etməsinin gerçək səbəbləri məlum olub.
AzVision.az-a daxil olan məlumata görə, eks-deputatın R.Mustafayevdən ayrılmasına onun digər vəkili Əfsər Talıbov bais olub.

Bu məsələ ilə bağlı mətbuata açıqlama verməkdən qaçan R.Mustafayev baş verən hadisələrə görə, Əfsər Talıbovun günahkar olduğunu hesab edir.

“Mən Gülər xanımla əlaqəmi kəsmişəm. Siz digər vəkil Əfsər Talıbovla əlaqə saxlayın. Onunla elə böyük narazılıqla ayrılmadım, sadəcə onun qulağını dolduranlar oldu, mən işi-düzüb qoşdum, istintaq bitdi, sonra da belə oldu. Gülər xanımla münasibətlərim normalıdır, məlumatın mətbuata sızmasını istəmirəm. Mən vəkil olan dövrdə mətbuata məlumat verirdim, amma Əfsər mətbuata danışmır. Onun da taktikası belədir. Deyir ki, işin ziyanına ola bilər. Dünənki məhkəmədə də mən olmamışam, Əfsər iştirak edib”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti