Cənubi Koreya Rusiya gəmisini saxladı

Cənubi Koreya Rusiya gəmisini saxladı
  28 Avqust 2018    Oxunub:1684
Cənubi Koreyanın sahil mühafizə xidməti Rusiyaya məxsus “Palladiy” tankerini göyərtəsindəki 15 ekipaj üzvü ilə birlikdə saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Vladivostok dəniz xilasetmə-koordinasiya mərkəzi məlumat yayıb. Bildirilir ki, rus gəmisi bu gün səhər saatlarında Koreya boğazından çıxarkən Yapon dənizinin cənub hissəsində ələ keçirilib. Gəminin saxlanılmasına səbəb isə Koreyanın Busan limanından çıxış üçün rəsmi icazənin olmamasıdır.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyi məlumatlandırılıb. Hazırda insidentlə bağlı əlavə araşdırma aparılır.

Qeyd edək ki, “Palladiy”gəmisi bundan əvvəl iyulun sonlarında da saxlanılmışdı. Səbəb isə dənizçilərin maaşlarının verilməməsilə bağlı şikayət etməsi idi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti