Bakıda İSESKO-nun regional iclası başlayıb
Tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının və iş metodlarının, həmçinin, Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu təşkilatın Milli Komissiyaları arasında təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir.
İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası, Pakistan və Tacikistanın, habelə İSESKO-nun nümayəndələri iştirak edirlər.
Regional iclas oktyabrın 24-də başa çatacaq.
Fatimə Kərimli
Teqlər: