Türkiyə Kiprdə hərbi baza yaradır

Türkiyə Kiprdə hərbi baza yaradır
  28 Avqust 2018    Oxunub:2471
Türkiyənin hərbi dairələri Aralıq dənizində Ankaranın maraqlarının müdafiəsi üçün təcili surətdə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazası yaratmaq istəyirlər.
AzVision.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə hərbi dəniz qüvvələri komandanlığının XİN-ə göndərdiyi müraciətə istinad edərək məlumat yayıb. Qeyd olunur ki, Ankara həmçinin, Şimali Kiprdə əvvəllər türk hərbi aviasiyasının istifadəsində olan Keçidqala aviabazasının bərpa edilərək yenidən istismara verilməsinin mümkünlüyünü də nəzərdən keçirirlər.

Qeyd edək ki, Kipr adası 1974-cü ildən faktiki olaraq iki hissəyə bölünüb. Həmin ilin yayında yunan millətçilərinin qiyamından sonra adada yaşayan türklərin təhlükəsizliyini qorumaq məqsədilə Ankara tərəfindən 21 iyulda həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusu Kiprin 37%-nə, əsasən şimal hisəsinə nəzarəti ələ keçirib. 1983-cü ildə türk icmasının məskunlaşdığı həmin ərazilərdə Şimali Kipr Türk Cümhuriyyəti yaradıldı. Hazırda Şimali Kiprin müstəqilliyini Türkiyədən başqa dünyanın heç bir dövləti tanımır.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ŞimaliKipr   Aralıqdənizi  





Xəbər lenti