Almaniyadakı etirazlarda 6 nəfər yaralanıb

Almaniyadakı etirazlarda 6 nəfər yaralanıb
  28 Avqust 2018    Oxunub:2651
Almaniyanın Saksoniya federal torpağının Xemnits şəhərində 3 minə yaxın alman millətçillər və onlara qarşı çıxan minə yaxın solçunun keçirdiyi etirazlarda 6 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirib ki, ötən gecə baş tutan etirazlar əsasən insidentsiz və sakit mühitdə keçib. Lakin əks cəbhələrdə yer alan nümayişçilərin sonradan bir-birilərinin üzərinə fişənglər və əşyalar atması səbəbindən bir neçə etirazçı xəsarət alıb.

Qeyd edək ki, alman millətçilərinin etirazlarına səbəb 26 avqustda Xemnits şəhərində baş verən davada 35 yaşlı almanın öldürülməsidir. Ehtimallara görə, davada miqrantlar da iştirak ediblər. Nəticədə ötən gün məhkəmə alman vətəndaşının ölümündə şübhəli bilinən 23 yaşlı Suriya və 22 yaşlı İraq vətəndaşının həbsi barədə qərar çıxarıb. Bundan qəzəblənən millətçilər və sağ radikallar miqrantlara qarşı etiraz yürüşü keçiriblər


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Miqrant  





Xəbər lenti