Məmmədyarov ABŞ-da 4-cü oldu

Məmmədyarov ABŞ-da 4-cü oldu
  28 Avqust 2018    Oxunub:5506
ABŞ-da keçirilən beynəlxalq Sinkfild Kuboku turnirinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, sonuncu turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Qrossmeyster bu nəticə ilə xallarının sayını 5-ə çatdırıb və turniri 4-cü yerdə başa vurub.

Yekun turda amerikalı Fabiano Karuana, norveçli Maqnus Karlsen və erməni Levon Aronyan 5,5 xal toplayıb. Kubokun yekunu üzrə onlar birinci yeri bölüşüblər.

Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanıb. Turnirin ümumi mükafat fondu isə 300 min dollar idi.

AzVision.az


Teqlər: Şahmat   Turnir   ABŞ  





Xəbər lenti