Fransada nazir istefa verdi
“İlk dəfədir ki, həyatımın ən çətin qərarını verirəm. Mən hökumətdən getmək qərarına gəlirəm. Mən daha yalan danışmaq istəmirəm. İllüziyalar yaratmaq istəmirəm ki, guya hökumətdə olmağım ekoloji vəzifələri yerinə yetirməyimiz anlamına gəlir.” – deyə, Yulo bildirib.
Fransalı nazir onu da əlavə edib ki, istefa qərarı barədə nə prezident Emmanuel Makrona, nə də baş nazir Eduard Filippə xəbər verməyib. Çünki hesab edir ki, əgər onları əvvəlcədən məlumatlandırsa, yəqin ki, onu fikrindən daşındırmağa çalışacaqdılar.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


