Paşinyan Koçaryanın əmlakını ictimailəşdirəcək

Paşinyan Koçaryanın əmlakını ictimailəşdirəcək
  28 Avqust 2018    Oxunub:2211
Ermənistan baş naziri Nikol Paşinyanın hökuməti ölkənin sabiq prezidenti Robert Koçaryana məxsus əmlaklar barədə məlumatların hamısını ictimaiyyətə təqdim edəcək.
AzVision.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə “Ermənistan beynəlxalq hava yolları” MMC, sonra isə “VivaCell-MTS” və “Nairi” tibb mərkəzi Koçaryanın pnların səhmlərinə sahib olmadığına dair bəyanat verdilər. Lakin Paşinyan hökuməti bu bəyanatların doğruluğuna inanmayıb və bir növ özünü aldadılmış və təhqir olunmuş hiss edib. Bu səbəbdən də, baş nazirin kabineti yeni əks-tədbirlər görməyə hazırlaşır.

“Yaxın günlərdə hansısa kanal vasitəsilə Robert Koçaryanın sahib olduğu bütün əmlakın siyahısı dərc olunacaq. Bu zaman siyahıya elə əmlaklar salınacaq ki, Koçaryan çətin ki, onlara sahibləndiyini inkar edə bilsin. Həmçinin, Koçaryanın ətrafındakı insanlar barəsində də iş aparılır. Özəlliklə də, bu gün onun yanında yer alan insalara, xüsusən də Koçaryanın son müsahibəsində adını çəkdiyi keçmiş gömrük rəisi Armen Avetisyana qarşı cinayət işinin açılması mümkündür.” – deyə, qəzet yazır.

Qeyd edək ki, Koçaryan Rusiyanın NTV telekanalına müsahibə verib. Onun müsahibəsi bu axşam efirində yayımlanacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti