Separatçılar erməni milyonçunu təmas xəttinə aparırlar

Separatçılar erməni milyonçunu təmas xəttinə aparırlar
  28 Avqust 2018    Oxunub:2451
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim erməni əsilli Amerika milyonçusu, “poker kralı” Den Bilzeryanı Xankəndinə dəvət edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Bilzeryan Qarabağda irimiqyaslı proqramlar həyata keçirməyi planlaşdırır. Lakin həmin proqramların hansı xarakterli olacağı dəqiq bilinmir. Həmçinin, ötən gün Bilzeryana Ermənistan pasportu təqdim edilib.

Hazırda Dağlıq Qarabağda olan erməni milyonçunun təmas xəttinə baş çəkəcəyi də gözlənilir. Qeyd olunur ki, Bilzeryanın Qarabağa səfər etməsinə birbaşa olaraq separatçı rejimin hərbi-siyasi liderləri səviyyəsində təşəbbüs göstərilib. Əxlaqsız məcaraları və eyş-işrət məclislərilə ad çıxaran erməni milyonçunu səfərdə atası, qardaşı, sevgilisi və Robert Koçaryanın oğlu Levon da müşayət edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   dağlıqQarabağ  





Xəbər lenti