İran Suriya ordusunu yenidən quracaq
“Bu gün ən vacib vəzifəmiz Suriyada Əsəd hökuməti ordusunun bərpasıdır. Müqavilənin vacib bəndlərindən biri də elə Suriya ordusu və müdafiə sənayesinin yenidən qurulmasıdır. İmzalanan ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Tehran Dəməşqə istənilən hərbi köməyi göstərəcək. İranın Suriyadakı hərbi mövcudluğu leqitim hökumətin xahişinə əsaslanır və üçüncü ölkələr bu məsələni şərh edə bilməzlər.” - deyə, iranlı nazir vurğulayıb.
Qeyd edək ki, Suriya böhranı başladıqdan sonra İran 2013-cü ildən etibarən Bəşər Əsəd rejiminin müttəfiqi kimi çıxış edir.
Leyla Elbrusqızı
AzVision.az