İşğal altındakı Ağdərə qazsız qalıb

İşğal altındakı Ağdərə qazsız qalıb
  28 Avqust 2018    Oxunub:2261
Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər tamamilə qazsız qalıb.
AzVision.az-ın məlumatına görə, ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun Heyvalı kəndində qanunsuz istismar edilən dağ mədənində ötən gün baş vermiş güclü partlayış səbəbindən Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin qaz təminatı kommunikasiyalarına da ciddi ziyan dəyib. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb.

Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

Hadisə yerinə gələn qondarma rejimin fövqəladə qurumlarının bildirdiyinə görə, qəzanın əsas səbəbi çəkilən boru xətlərinin standartlara cavab verməməsidir. Bərpa işlərinə ən azı 3-5 gün vaxt tələb olunduğu bildirilir.

AzVision.az


Teqlər: Ağdərə   Qaz  





Xəbər lenti