Aşqabadda MDB liderlərinin sammiti keçiriləcək

Aşqabadda MDB liderlərinin sammiti keçiriləcək
  28 Avqust 2018    Oxunub:2752
MDB dövlət başçıları şurasının növbəti iclası Türkmənistanın sədrliyi altında 2019-cu ilin oktyabrında Aşqabadda keçiriləcək.
AzVision.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın icraçı katibi Sergey Lebedev üzv ölkələrin MDB-dəki daimi nümayəndələrinin Minskdə keçirilən iclasından öncə jurnalistlərin sualını cavablandırarkən belə deyib. Qeyd edib ki, 2019-cu ildə MDB-yə sədrlik Tacikistandan Türkmənistana keçəcək.

Lebedevin sözlərinə görə, bu baxımdan 2019-cu ildə MDB-nin bir çox tədbirlərinə Türkmənistan ev sahibliyi edəcək və o cümlədən, MDB dövlət başçılarının gələn ilə nəzərdə tutulan sammiti də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

Lebedev onu da əlavə edib ki, MDB-yə üzv olan dövlətlərin hökumət başçılarının 2019-cu ilin mayında keçirilməsi planlaşdırılan iclası və xarici işlər nazirləri şurasının toplantısı da Türkmənistanda baş tutacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: MDB   Türkmənistan  





Xəbər lenti