Poroşenko Rusiya ilə dostluq sazişini ləğv edir

Poroşenko Rusiya ilə dostluq sazişini ləğv edir
  28 Avqust 2018    Oxunub:2408
Ukrayna prezidenti Pyotr Poroşenko tezliklə Moskva ilə Kiyev arasında imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni ləğv edəcəyini bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə Poroşenko diplomatlarla görüşündə deyib.
“Biz Ukrayna ilə Rusiya federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsini dayandırmaq barədə addım atmaq qərarına gəlmişik.” – deyə, Poroşenko vurğulayıb.

Pyotr Poroşenko oun da əlavə edib ki, Rusiya ilə dostluq münasibətlərinə dair müqavilənin ləğvi prosesinə başlamaq üçün yaxın zamanlarda Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən müvafiq sənədlər paketinin təqdim olunmasını gözləyir.

Qeyd edək ki, 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıq hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti