“Bu, ciddi problem deyilmi?”- MÖVQE
Deputatın fikrincə, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir:
“Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də, cavab ala bilməyiblər.
Sonradan problemin həll edildiyi və imtahan formasının seçilməsində tələbələrin fikrinin nəzərə alkınacağı barədə əlavə informasiya yayıldı.
Diqqət edilsə, tələbələr imtahanların ədalətsiz götürülməyindən deyil, onun yazılı formada götürülməsindən narahat olublar. Onların qaldırdığı problem həll edilsə də, başqa bir problemin mövcudluğu üzə çıxartdı.
Bu günün tələbəsi, sabahın rəhbəri həyatı ancaq hazır test cavablarının içindən düzgününü seçməkdə görür. Hansı ki, sabah müxtəlif həyat məsələlərinə onlar ətraflı və əsaslandırılmış cavablar verməyi bacarmalıdırlar. Bu cavab isə eyni zamanda fikrini səlist, dərin məzmunla, gözəl azərbaycan dilində ifadə etməyi bacarmaq deməkdir.
İndiki gənclik isə həyatı dörd variantdan birini seçməkdə görür. Onun belə düşünməsində bizlər səhv etmişik”-deyə YAP-çı deputat mövqe bildirib.
Rüstəm İsmayılov