Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoyub

Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoyub
  28 Avqust 2018    Oxunub:1250
Ermənistan Rusiyadan ət məhsulları idxalına müvəqqəti qadağa qoyub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti avqustun 28-dən etibarən Rusiyanın bir neçə regionundan donuz əti idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

"Avqustun 28-dən etibarən, donuz əti və donuz əti tərkibli məhsulların, həmçinin quş əti və quş əti məhsullarının,yumurtanın Rusiyadan idxalı müvəqqəti dayandırılıb",- deyə xidmətin saytında bildirilib.

Məlumatda qeyd olunur ki, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti