Artur Rasizadə yenidən baş nazir seçildi

Artur Rasizadə yenidən baş nazir seçildi
  22 Oktyabr 2013    Oxunub:1112
Milli Məclisin plenar iclası öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədov sessiyanı açıq elan edərək oktyabrın 9-da keçirilən prezident seçkilərindən danışıb.

Spiker Milli Məclis üzvlərinə müraciət edərək parlament adından prezident İlham Əliyevə təbrik məktubu göndərməyi təklif edib:

“Oktyabrın 9-da prezident seçkiləri keçirilib. Azərbaycan xalqı öz inkişafına səs verdi və yenidən prezidentini seçdi. Prezidentin andiçmə mərasimi də Milli Məclisdə keçdi. Bu da böyük hadisədir və bu münasibətilə hər kəsi təbrik edirəm. Əgər etiraz etmirsinizsə, Milli Məslis adından prezidentə təbrik məktubu göndərək”-deyə O.Əsədov əlavə edib.

Spikerin bu təklifi Milli Məclis üzvləri arasında alqışla qarşılanıb və prezidentə təbrik məktubu ünvanlanıb.

Daha sonra Prezident İlham Əliyevin təklifilə Artur Rasizadənin yenidən baş nazir seçilməsi məsələsi gündəliyə salınıb. Millət vəkilləri arasında keçirilən səsvermə nəticəsində Artur Rasizadə yekdilliklə yenidən baş nazir seçilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti