Rus turistlər Türkiyədə qəzaya düşdü - Yaralılar var

Rus turistlər Türkiyədə qəzaya düşdü - Yaralılar var
  29 Avqust 2018    Oxunub:2336
Bu gün səhər saatlarında Türkiyədə Belek turizm bölgəsindəki otellərdə istirahəti başa vuran rus turistləri Antalya hava limanına aparan avtobus qəzaya düşüb. Nəticədə 11 nəfər ciddi bədən xəsarətləri alıb.
AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, içərisində 25 turistin olduğu avtobusun sürücüsü fasilə üçün nəqliyyat vasitəsini yolun kənarına çəkmək istəyərkən arxadan yüksək sürətlə gələn TIR avtobusa çırpılıb.

Toqquşma güclü olduğundan turistlərin olduğu avtobus çevrilib və qarşıdakı başqa bir avtomobilə dəyib. Lakin avtobuvs dayana bilməyib və yol kənarındakı su kanalına düşüb.

Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım maşını cəlb olunub. Ağır qəzada yaralanan hər iki nəqliyyat vasitəsinin sürücüsü və 11 rus turist Antalyadakı xəstəxanalara yerləşdiriliblər. Digər turistləri isə hava limanına aparıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti