Deputat: “Kişilər işsizlikdən çayxanalarda domino oynayır”

Deputat: “Kişilər işsizlikdən çayxanalarda domino oynayır”
  22 Oktyabr 2013    Oxunub:1450
“Son vaxtlar dünyanın müxtəlif ölkələrində o cümlədən Rusiyada türk xalqlarına, miqrantlara qarşı təzyiqlər müşahidə olunur”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclsisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Türkdilli ölkələrin əməkdaşlıq şurasının III zirvə toplantısının bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi çərçivəsində türk xalqlarına göstərilən təziyqlərə qarşı birgə tədbirlər düşünməlidir:
“Son vaxtlar dünyanın müxtəlif ölkələrində o cümlədən Rusiyada türk xalqlarına, miqrantlara qarşı təzyiqlər müçahidə olunur. Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan Rusiyanın müstəmləkəsi olmağa yaxındır. Çünki Rusiya əmək miqrasiyası ilə Azərbaycana təsir etmək imkanına malikdir. Belə halların qarşısını almaq üçün Azərbaycan ən azından yaşayış səviyyəısi aşağı olan insanların işlə təmin olunması sahəsində dövlət proqramı hazırlanmalıyıq. Azərbaycanda iş yeri olmadığı üçün onlar bir tikə çörək üçün xaricə üz tutur. Regionlarında iş yeri olmadığı üçün kişilər çayxanalarda siqaret çəkir, domino oynayır, qadınların da əksəriyyəti işləmir”.

Ziyafət Əsgərov isə F.Mustafaya cavab verərək bildirib ki, regionlarda təkcə parklar və yollar salınmır, kənd təsərrüfatı üçün emal müəssisələri də açılır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti