İranda onlarla casus həbs edilib

İranda onlarla casus həbs edilib
  29 Avqust 2018    Oxunub:2870
İranın milli təhlükəsizlik qüvvələri ölkənin müxtəlif hökumət orqanlarında işləyən onlarla xarici casus aşkarlayaraq onları həbs edib.

AzVision.az “ISNA” agentlyinə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi məlumat verib. Lakin ələ keçirilən xarici casusların hansı ölkələr üçün işlədikləri və nə zaman həbs olunduqlarına aydınlıq gətirməyib.
O, vurğulayıb ki, həmin casusların arasında ikili vətəndaşlığı olan iranlılar da var.

Xatırladaq ki, əvvəllər ABŞ-ın terror təşkilatları siyahısında yer alan, lakin indi ABŞ Dövlət Departamenti və Ağ Evlə dərin əlaqələrə malik “İran Xalqının Mücahidləri” təşkilatının lideri Məryəm Rejavi 26 avqustdakı bəyanatında Qərb ölkələrini İrandakı rejimin casuslarını və muzdlu əsgərlərini deportasiya etməyə çağırmışdı. Rejavi həmin insanların dövlətin dəstəklədiyi terrorizmin təşviqi üçün diplomatik mənbələrdən faydalandığını iddia etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Casus  





Xəbər lenti