Arıqlamaq üçün yumurta yeyin

Arıqlamaq üçün yumurta yeyin
  22 Oktyabr 2013    Oxunub:4566
Dietoloqlar arıqlamaq istəyənlərə səhər yeməyinə xüsusi diqqət yetriməyi məsləhət görürlər.
Belə ki, alimlər sübut ediblər ki, səhərlər qaynanmış yumurta və ya qayğanaq yeyənlər, şirin kökə (bulka) yeyənlərə nisbətən daha tez (65 %) arıqlayırlar. Bildirilir ki, yumurta gün ərzində aclıq hissini və kaloriyə olan tələbatı azaldır. Eyni zamanda,belə bir səhər yeməyi insan orqanizmində enerjinin saxlanmasına kömək edir.
Bəs səhərlər iştahasızlıq problemi yaşayanlar nə etsinlər?
Mütəxəssislər onları da nəzərə alıblar. Əgər hansısa səbədən yaxşı səhər yeməyi yeyə bilməmisnizsə, özünüzlə işə içməli yoqurt aparın. Onun içərisinə bir qaşıq yulaf və ya meyvə əlavə edə bilərsiniz. Belə bir qida orqanizmin lazım olan zülal, kalsi, karbohidratlarla təmin edəcək.

Yeri gəlmişkən dietoloqlar hesab edirlər ki, sutkada 3 qr ağartı məhsulu qəbul etmək, insan orqanizminin piylənmə riskini 50 % azaldır. Bununla yanaşı dietoloqlar, formada qalmaq istəyənlərə qırmızı portağal və ya qreyfrutu da məsləhət görürlər. Bu siturus meyvələri piyin ən böyük düşmənidir.

S. Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti