Ukrayna ABŞ-dan HHM sistemləri alacaq

Ukrayna ABŞ-dan HHM sistemləri alacaq
  29 Avqust 2018    Oxunub:2226
Amerikanın hava hücumundan müdafiə (HHM) sistemlərini almaq üçün Kiyev Vaşinqtona rəsmi müraciət göndərib.
AzVision.az xəbər verir ki, bu barədə “Novoe Vremya” radiosunun efirində Ukraynanın ABŞ-dakı səfiri Valeriy Çalıy bildirib. Onun sözlərinə görə, ABŞ HHM sistemlərinə daxil olan bir kompleksin qiyməti 750 milyon dollardır və Ukrayna ordusunun ehtiyacını ödəmək üçün minimum 3 belə kompleksin əldə edilməsi planlaşdırılır.

Diplomat, həmçinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları, əks-batareya radarları və snayper əleyhinə sistemlərə ehtiyac duyduğunu deyib.

“Fikrimcə, növbədi dövr üçün bizim əsas ehtiyaclarımız dəniz və hərbi hava məkanı istiqamətindədir. Bunlar olmadan biz sadəcə ölkənin müdafiəsini təmin edə bilərik”, – deyə ukraynalı səfir vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 2019-cu maliyyə ili üzrə 716 milyard dollarlıq müdafiə büdcəsində Ukraynaya hərbi yardım məqsədilə 250 milyon dollar ayrılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti