Türkiyənin Aİ-yə qoşulması üçün danışıqlar başlayır

Türkiyənin Aİ-yə qoşulması üçün danışıqlar başlayır
  29 Avqust 2018    Oxunub:2670
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üçün üzvlük məsələsi üzrə danışıqlar prosesinin önəmli mexanizmlərindən olan “İslahat üzrə Fəaliyyət Qrupu” 3 illik fasilədən sonra bu gün yenidən toplanacaq. Bu həm də prezident üsul-idarəli Türkiyənin “İslahat üzrə Fəaliyyət Qrupu”ilə ilk iclası olacaq.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda Türkiyənin xarici işlər, ədliyyə, daxili işlər və maliyyə nazirləri iştirak edəcəklər. Müzakirələrin başlıca mövzusu Aİ ilə Ankara arasındakı münasibətlərin hərtərəfli inkişafı və Türkiyədə siyasi islahatlar dövrü olacaq.

Qeyd edək ki, “İslahat üzrə Fəaliyyət Qrupu” Türkiyənin Aİ-na daxil olması üçün qanunun aliliyi prinsipi üzrə insan hüquq və azadlıqları, məhkəmə və təhlükəsizlik sahələrində Ankaranın həyata keçirdiyi islahatların izlənilməsi və onların effektiv tətbiqini təmin etmək məqsədilə yaradılıb. Bu islahatlar Aİ-yə üzv olması üçün Türkiyə qarşısında qoyulan siyasi tələblərə daxildir. “İslahat üzrə Fəaliyyət Qrupu”nun ilk iclası 2014-cü ldə, digərləri isə müvafiq olaraq 2015-ci ilin fevral və dekabr aylarında keçirilib.

Türkiyə KİV-lərində 3 ildən sonra yaşanacaq bu ilk ABŞ prezidenti Donald Trampın Avropaya qarşı ticarət müharibəsi və İranla bağlı təzyiqləri fonunda Brüsselin Ankara ilə yaxınlaşmaq istəyi kimi qiymətləndirililr.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Avropa  





Xəbər lenti