Siyasətçilər canlı yayımda dava saldılar - VİDEO

Siyasətçilər canlı yayımda dava saldılar - VİDEO
  29 Avqust 2018    Oxunub:2745
Ukrayna Ali Radasının (parlament) sabiq xanım deputatı İnna Boqoslovskaya və Ukraynanın keçmiş nəqliyyat və rabitə naziri Yevgeni Çervonenko “112 Украина” telekanalının canlı efirində dava ediblər.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, telekanalda yayımlanan proqramda çıxış edən Boqoslovskaya “bazar dili” ilə danışmadığını bəyan edib.
Onun bu atmacasına Çervonenko “amma pul dalınca gələndə danışırlar” cavabını verib. Bu ifadədən qəzəblənən sabiq deputat “hansı pulların ardınca?” - deyə qışqıraraq Çervonenkoya tərəf gəlib və onu üzündən vurmaq istəyib. Lakin keçmiş nazir xanımın zərbəsindən yayına bilib.

Studiyadakı aparıcılar qəzəbli qonaqları ayıra bilsələr də, onlar bir-birinin ünvanına “Sən əclafsan!” kimi təhqiramiz ifadələr işlətməyə davam ediblər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti