Ermənistan ordusunun zabiti intihar edib

Ermənistan ordusunun zabiti intihar edib
  29 Avqust 2018    Oxunub:2790
Bu gün səhər saat 08:15 radələrində Ermənistan ordusunun “N” saylı hərbi hissəsində xidmət edən zabitin cəsədi tapılıb.

AzVision.az Ermənistanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, ölən zabit Ermənistan Silahlı Qüvələrinin baş leytenantı Karen Ovanisyandır.
İlkin məlumata görə, Ovanisyan intihar edib. Belə ki, onun başının yuxarı hissəsində və çənəsində odlu silahdan açılan atəş yeri aşkarlanıb. Ovanisyanın silahla çənəsinin alt hissəsindən yuxarı istiqamətdə özünə güllə atdığı ehtimal edilir. Lakin onun hansı səbbədən intihar etdiyi bilinmir.

Hazırda insidentlə bağlı cinayət işi açılb, istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Ordu   İntihar  





Xəbər lenti