Cinayətkar Eldar Orucov Rusiyada saxlanıldı

Cinayətkar Eldar Orucov Rusiyada saxlanıldı
  29 Avqust 2018    Oxunub:3774
Rusiyada polis əməkdaşları Moskvanın mərkəzində Azərbaycanda silsilə cinayətlər törədən və terrorçuluqda ittiham edilərək axtarışda olan şəxsi saxlayıblar.

AzVision.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd olunub ki, avqustun 28-da paytaxt polisinin baş idarəsinin binasının qarşısında sənədlərin yoxlanılması zamanı 1964-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orucov Eldar Zubeyir oğlu saxlanılıb. Məlum olub ki, o, Azərbaycanda silsilə cinayətlər törətdiyinə görə axtarışdadır.

Mənbə əlavə edib ki, saxlanılan şəxs həmçinin terrorçuluq, qanunsuz silah alveri, qətl, sağlamlığa ağır xəsarət yetirmə, quldurluq, hakimiyyəti zorla ələ keçirmədə ittiham olunur: “Orucovun Azərbaycana ekstradisiya edilməsi üçün toplanmış sənədlər prokurorluğa təhvil verilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti