4 milyon qaçqın uşaq məktəbə getmir
“Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək”, - deyə idarənin başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq.
BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin məlumatına əsasən, qaçqın uşaqlarının 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir və onların yalnız 1 faizi ali təhsil almaq imkanına malikdir. (AzərTAc)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


