Rumıniyada avtobus qatarla toqquşub

Rumıniyada avtobus qatarla toqquşub
  30 Avqust 2018    Oxunub:1796
Moldaviyadan yola düşən və içərisində 8 nəfərin olduğu mikroavtobus Rumıniyanın Vasluy ərazisindəki dəmiryolu keçidində qatarla toqquşub. Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Vəziyyəti ağır olan iki nəfər isə xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Moldovanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, mikroabtobusdakı 8 sərnişinin hamısı Moldova vətəndaşı olub.

Hazırda Baş Müfəttişlik vəziyyəti izləyir və Rumıniya hakimiyyəti ilə əlaqə saxlayır. Qəzanın səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rumıniya   Moldova  





Xəbər lenti