İdman kompleksləri pulsuz ola bilər

İdman kompleksləri pulsuz ola bilər
  22 Oktyabr 2013    Oxunub:1364
“18 yaşına qədər uşaqların mərc oyunlarına qoşulması sonda faciə ilə nəticələnə bilir”.

AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklərlə bağlı çıxış edərkən deyib. O, bildirib ki, mərc oyunlarında bütün dəyişiklərdə 18 yaş həddi müəyyən edilməlidir:

“Çünki 18 yaşına qədər uşaqların bu prosesə qoşulması sonda faciə ilə nəticələnə bilir. Ümumiyyətlə bədən tərbiyəsi sahəsində
ciddi islahatlara ehtiyac var. Rusiyada və Türkiyədə belə bir təcrübə var ki, şagirdləri idmana cəlb etmək üçün bütün metodlardan istifadə edilir. Türkiyədə idman kompleksləri pulsuz insanların fəaliyyətinə verilir. Bizdə bəzi futbol meydançaları, üzgüçülük hovuzları var.Bunu kütləvi etmək lazımdır ki, kasıb ailələrin də uşaqları cəlb olunsun. Bununla sabahın idmançıları yetişəcək. Nəzərə almaq lazımdır ki, bir çox fiziki imkanı olan uşaqlar imkansızlıqdan bu komplekslərə gedə bilmir və idmandan məhrum olurlar , xahiş edirəm gələcəkdə bu məsələyə də qanunvericilikdə baxaq”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti