Zaxarova Rusiya-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdi

Zaxarova Rusiya-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdi
  30 Avqust 2018    Oxunub:2116
Azərbaycan və Rusiya xalqları arasındakı münasibətlərin ən pozitiv aspekti və dövlətlərimiz arasında nail olunan ən başlıca nailiyyət bütün sahələrdə əlaqələrimizin tam formatda inkişaf etməsidir.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan prezidentinin yaxın zamanlarda Rusiyaya rəsmi səfərə hazırlaşması kontekstində ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıqda nail olunan başlıca aspektlərin nədən ibarət olduğuna dair sualı cavablandırarkən deyib.

“Bütün sahələrdə əlaqələrimiz tam formatda inkişaf edir. Maraqlısı odur ki, bizim münasibətlərimizdə ən vacib məsələni ayırmaq mümkün deyil. Çünki ən vacibi elə bütün istiqamətlərdə əməkdaşlığımızın inkişaf etməsidir - humanitar, siyasi, iqtisadi və digər sahələrdə. Yəni bütün sahələrdə, hətta onların hamısını indi bir-bir saymaq çətindir. Və fikrimcə, elə münasibətlərimizdə ən vacib məsələ kimi nəyisə ayrıca formada fərqləndirməyin çətinliyi və ümumiyyətlə bu cür fərqləndirmə aparmaq istəməməyin özü nəinki çox pozitiv, eyni zamanda gözəl bir tendensiya və faktdır”, – deyə Zaxarova vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti