ABŞ-ın axtardığı FETÖ-çü Ermənistanda tapıldı

ABŞ-ın axtardığı FETÖ-çü Ermənistanda tapıldı
  30 Avqust 2018    Oxunub:3811
2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən FETÖ-çu Adil Öksüzün qardaşı Kamal Öksüz Ermənistanda həbs olunub.

AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, Amerika vətəndaşı kimi Kevin adını daşıyan və ABŞ tərəfindən beynəlxalq axtarışa verilən Kamal Öksüz Ermənistan polisi ilə “İnterpol”un keçirdiyi birgə əməliyyat nəticəsində tutulub.
Kamal Öksüz ABŞ Konqressinin Nümayəndələr palatasının etik komitəsini saxta sənədlərlə aldatmaqda ittiham olunur.

Ermənistan Polisinin mətbuat xidmətindən bildirilib ki, 23 avqustda ABŞ tərəfindən beynəlxalq axtarışa verildikdən sonra Ermənistanda məskunlaşan və bizneslə məşğul olmaq üçün orada özünə şirkət açan Öksüzün həbsinə dair “İnterpol”la ortaq əməliyyat planı hazırlanıb.

Qeyd edək ki, Kamal Öksüz bir neçə il öncə Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edib. O, həmçinin Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara sədrlik edib. Öksüzün adı eyni zamanda, Azərbaycanın ABŞ-da lobbiçilik üçün ayırdığı pulları mənimsəməkdə çəkilir. Onun vaxtilə rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Həmçinin, Öksüzün Texasda sahib olduğu “TDM Contracting” şirkəti ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   türkiyə   ABŞ   İnterpol   FETÖ  





Xəbər lenti