Macarıstanla İsveç arasında diplomatik qalmaqal

Macarıstanla İsveç arasında diplomatik qalmaqal
  30 Avqust 2018    Oxunub:2252
Macarıstanın xarici işlər naziri Piter Sjijarto İsveçin bu ölkədəki səfirini isveçli nazirlərin onun ölkəsi ilə bağı səsləndirdiyi tənqidi ifadələrinə aydınlıq gətirmək üçün XİN-ə çağırıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstan XİN-in yaydığı bəyanatda deyilir. Bildirilir ki, İsveçin miqrasiya naziri Helene Fritzon Macarıstanın immiqrasiya siyasətini kobud şəkildə tənqid edib. Həmçinin, İsveçin xarici işlər naziri Marqot Vollstrom "Tvitter"də Macarıstan baş naziri Viktor Orbanla İtaliyanın daxili işlər naziri Matteo Salvininin demokratlara qarşı yeni alyans qurduqlarını yazıb.

Sjijarto İsveçli nazirlərin bütün bəyanatları və ittihamlarının yalan olduğunu vurğulayaraq səfirə öz etirazını bildirib. “İmmiqrasiyapərəst İsveç hökuməti Macarıstana qarşı yeni hücuma keçib”, – deyə Sjijarto vurğulayıb.

Qeyd edək ki, rəsmi Budapeşt Avropa İttifaqının Yaxın Şərq və Şimali Afrikadan köhnə qitəyə pənah gətirən miqrantlara qarşı "açıq qapı" siyasətinin ən sərt tənqidçisidir və Avropaya gələn qanunsuz miqrantların kvota ilə İttifaq ölkələri arasında bölüşdürülməsinin əleyhinədir. Avropa İttifaqı Komissiyası Macarıstanın sığınacaq verilməsi üzrə qanunvericiliyinin ədalətsizliyi səbəbindən Avropa dəyərlərinin pozulması ilə bağlı Budapeştə qarşı prosedur başladıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Macarıstan   İsveç  





Xəbər lenti