Deputatlar qeysəriyyə əməliyyatlarından şikayətləndi
Sözü gedən məsələ ilə bağlı deputat Qənirə Paşayeva da çıxış edib. O, bildirib ki, həmkarının qeyd etdiyi məsələni dəstəkləyir: `Bu təkcə bugünki dəyişikliklə bağl deyil. Maarifləndirmə işləri aparılmalı, sosial reklamlar çəkilməlidir. Bu məsələdə həkimlərin məsuliyyəti böyükdür.
Həkimlər bəzən lazımsız olaraq bu addımı atırlar. Analar da övladları üçün belə bir addımı atır və onların rahatlığı üçün buna üstünlük verirlər. Burada qadınların da rolu var. Məncə bunun üçün məsuliyyət olmalıdır, maarilədirmə işləri aparılmalıdır.
Qanunlar qəbul olunur, bəs əhalinin bu yöndə maariflənməsi necədir? Mən KİV-ə müraciət edirəm ki, bu yöndə insanları maarifləndirsinlər. Biz Türkiyədə sosial reklamlar görürük, amma bizim kanallarda belə reklamlara rast gəlmirk. Belə olan halda bu qanunlar insanların beyninə necə yeriyəcək?`.
Milli Məclsin spikeri Oqtay Əsədov isə bildirib ki, hər bir qanuna dəyişiklik ediləndə maarifləndirmə haqqında yazılması düzgün deyil.
`Bunun üçün KIV-lər, müvafiq qurumlar var, bura Milli Məclisdir` –deyə, spiker əlavə edib.
Qanun layihəsi barədə Sosial Siyasət Komitəsinin sədri Hadİ Rəcəbli məlumat verib.
Deputat bildirib ki, dəyişikliyə əsasən, qeysəriyyə kəsiyinin əməliyyatını dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən verilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar.
H.Rəcəblinin sözlərinə görə, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək.
Layihə səsə qoyularaq qəbul olunub.
Sevinc iltifatqızı