İranda 615 məhkum əfv edildi

İranda 615 məhkum əfv edildi
  30 Avqust 2018    Oxunub:2343
İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi Qurban və Qədr-Xum bayramları münasibətilə 615 məhkumu əfv edib.
AzVision.az “Reuters”ə istinadən bildirir ki, bu barədə İran ədliyyəsinin xəbər saytı “Mizan” məlumat yayıb.

Qeyd olunur ki, Xameneyinin humanizm prinsiplərinə əsaslanaraq verdiyi fərmanla 615 məhkum əfv edilib. Qərara uyğun olaraq məhkumlardan bəziləri azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb.

Lakin “Mizan” əfv olunanlar sırasında insan haqqları təşkilatlarının da qeyd etdiyi kimi, siyasi baxışlarına görə həbs edilərək zindana atılan yüzlərlə siyasi məhbus nümayəndələrinin olub-olmamasına aydınlıq gətirməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran  





Xəbər lenti