İşdən çıxarılan erməni özünü oturacağa mismarladı - VİDEO

İşdən çıxarılan erməni özünü oturacağa mismarladı - VİDEO
  31 Avqust 2018    Oxunub:5234
Ermənistanın Vardenis şəhər sakini Armen Yeranosyan etiraz əlaməti olaraq özünü oturacağa mismarlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Armen əsassız olaraq işdən çıxarıldığı üçün bu addımı atıb.

O, işinə bərpa edilməsini tələbə edərək təkbaşına etiraz aksiyasına başlayıb və ayaqlarını oturacağa mismarlayıb.

Etirazçı vətəndaş 3,5 milyon dram kredit borcunun olduğunu, işsiz qaldığı üçün çətin duruma düşdüyünü deyib. Dövlət qurumlarına müraciət etdiyini, lakin işə bərpa olunmadığını bildirən Armen artıq bir həftədir aclıq aksiyasına başladığını söyləyib.

O, problemlərini həll etməsi üçün baş nazir Nikol Paşinyanla görüş tələb edib. Bəyan edib ki, işə bərpa olub, kreditlərini ödədikdən sonra ölkəni tərk edəcək.

Yeranosyan çilingərdir və Zoddakı mədəndə işləmək istəyir. O, 2016-cı ildə 3 dəfə ağzını tikərək o zamanki baş nazir Karen Karapetyana müraciət etsə də, heç bir cavab almayıb.



Alper Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti