Ermənistanda daha bir hərbçi ölüb

Ermənistanda daha bir hərbçi ölüb
  31 Avqust 2018    Oxunub:2530
Ermənistanda baş verən yol qəzasında hərbi qulluqçu ölüb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, avqustun 30-da saat 11:00 radələrində Sünik vilayətinin Qafan-Kacaran yolunda 55 yaşlı Vardan Hakobyanın idarə etdiyi "VAZ 2106" və 42 yaşlı Robert Stepanyanın idarə etdiyi FAW markalı yük avtomobili toqquşub.

VAZ-ın sürücüsü Vardan Hakobyan və onun sərnişini 36 yaşlı Martin Antonyan qəza nəticəsində hadisə yerində ölüblər. Martin Antonyan erməni ordusunun müqaviləli hərbi qulluqçusu olub.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti