Sabiq erməni nazirlərə qarşı cinayət işi açıldı

Sabiq erməni nazirlərə qarşı cinayət işi açıldı
  31 Avqust 2018    Oxunub:2183
Ermənistan Respublikaçılar Partiyasının sabiq nazirlərinə qarşı yeni cinayət işi qaldırılıb.
Cinayət işində sabiq parlament spikeri və baş nazir Ovik Abraamyan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın da adı keçir. Onlarla yanaşı, Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş polis rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırıb. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda və fırıldaqçılıqda ittiham olunurlar.

Ermənistanın “Avazaatik” dağ-mədən kombinatının direktoru müstəntiqlərə sözügedən vəzifəli şəxslərin şirkətin payının 60 faizini tələb etdiklərini deyib. Sabiq baş nazir Ovik Abraamyan, qardaşı Conik Abraamyan, habelə keçmiş polis rəisi Alik Sarkisyan və parlamentin üzvü Mqer Sedrakyana qarşı qanunsuz kreditlər yolu ilə külli miqdarda dövlət vəsaitini talamaq ittihamı da irəli sürülüb.

Əleyhinə cinayət işi qaldırılan şəxslərin ölkədən çıxışı qadağan edilib. (AzərTac)

AzVision.az


Teqlər: Ermənistan   Nazir   Sarkisyan  





Xəbər lenti