Milli Məclisdə təqaüd davası düşdü

 Milli Məclisdə təqaüd davası düşdü
  22 Oktyabr 2013    Oxunub:1144
1990-95-ci illərdə deputat seçilən şəxslərin pensiya məsələsi qaldırılıb
“1990-95-ci illərdə Milli Məclisə seçilən şəxslər bizə müraciət edirlər. Onların problemləri pensiya ilə bağlı alır.1995-ci ildən bəri seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər. 1995-ci ildə seçilənlər bu pensiyanı ala bilmirlər. Səbəb hazırda müzakirə edilən "Sosial sığorta haqqında" qanundur.

Bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, prezident seçkiləri zamanı bəzi şəxslər sənəd saxtalaşdırıb və daha yüksək pensiya alırlar:

“Amma uzun illər qanunvericilik yaradıcılığı ilə məşğul olan şəxslər bu pensiyanı ala bilmirlər. Xahiş edirəm, bu məsələni Sosial Siyasət Komitəsinə tapşırasınız ki, onlar çıxış yolu tapsınlar. Onsuzda onların sayı 30-35 nəfərdir”.

1990-95-ci illərdə deputat olmuş Sabir Rüstəmxanlı Siyavuş Novruzovu dəstəkləyib və bu problemi “humanitar fəlakət” adlandırıb: “Hesab edirəm ki, millət vəkili olan şəxslər arasında fərq qoymaq olmaz. Daha bir məsələ də ölkənin müstəqilliyinə səs verən deputatlarla bağlıdır. Onlar da deputat kimi təqaüd ala bilmirlər. Deputat olmuş şəxslər bunun üçün məhkəməyə müraciət edirlər, amma nəticəsi olmur. Məsələni nəzarətə götürmək lazımdır`.

Oqtay Əsədov bildirib ki, məsələ haqda məlumatlıdır, problemin hüquqi həllinin mexanizmi yoxdur :“İndi baxıb görərik, məsələni necə həll etmək olar”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti