ABŞ səfiri Tonoyandan Naxçıvanla sərhəddəki vəziyyəti soruşub

ABŞ səfiri Tonoyandan Naxçıvanla sərhəddəki vəziyyəti soruşub
  31 Avqust 2018    Oxunub:2819
Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsi və hərbi attaşe Ceyms Tomsonla görüşüb.
Erməni KİV-lərinin yaydığı məlumata görə, görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər sentyabr ayında Kanzas ştatının milli qvardiyası ilə əməkdaşlığın 15 illiyi münasibətilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, regional təhlükəsizlik məsələlərindən danışıblar.

Bundan əlavə, Tonoyan Naxçıvan istiqamətində qoşunların təmas xəttindəki vəziyyət barədə ABŞ səfirinə məlumat verib.

AzVision.az


Teqlər: Tonoyan   ABŞ   Səfir  





Xəbər lenti