"Futbolçularımla fəxr edirəm" - Qurban Qurbanov

  31 Avqust 2018    Oxunub : 6032
"Futbolçularımla fəxr edirəm" - Qurban Qurbanov
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər gözəl oyun nümayiş etdirdilər, xarakter göstərdilər".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə cavab oyunundan sonra bildirib.

Baş məşqçi futbolçuları ilə fəxr etdiyini deyib: "Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi, hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, bacardığımızı meydanda etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Rəqib haqda nəsə danışmağa ehtiyac yoxdur, onlara uğurlar arzu edirəm".

AzVision.az

Teqlər: Qarabağ   Futbol