Tramp İranın çökəcəyini bəyan etdi

Tramp İranın çökəcəyini bəyan etdi
  31 Avqust 2018    Oxunub:2128
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyasının davranışları İranın çökməsinə səbəb ola bilər.

AzVision.az xəbər verir ki, bu barədə Tramp “Bloomberg”ə açıqlamasında deyib. “Mən Ağ Evə gələndə gündəmdəki məsələ İran hakimiyyətinin Yaşın Şərqi nə vaxt ələ keçirəcəyi idi. Amma indi məsələ odur ki, İran sağ qala biləcəkmi?”, – deyə Tramp vurğulayıb.
O, əlavə edib ki, son bir il ərzində İran ətrafında çox böyük dəyişikliklər yaşanır.

Xatırladaq ki, 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti