Tramp Avropanın təklifini rədd etdi

Tramp Avropanın təklifini rədd etdi
  31 Avqust 2018    Oxunub:2530
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının ikitərəfli ticarətdə avtobomil idxalına qoyulan gömrük rüsumlarının qarşılıqlı əsasda ləğv edilməsi təklifinə rədd cavabı verib.
AzVision.az xəbər verir ki, “Bloomberg”ə müsahibəsində Tramp tariflərin aradan qaldırılması üçün Avropa ölkələrinin bu təklifinin kifayət etmədiyini bildirib. Trampın fikrincə, avropalılar ABŞ yox, Avropa istehsalı olan avtomobillər almağa üstünlük verirlər.

Bundan əvvəl Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Sesiliya Malmstrom əgər ABŞ da qarşılıq verərsə, Avropanın gömrük rüsumlarını sıfırlamaq istədiyini bəyan etmişdi.

Qeyd edək ki, hazırda Vaşinqton Avropadan idxal olunan yüngül yük maşınları və pikaplara 25%, nisbətən kiçik avtomobillərə isə 2,5% gömrük rüsumu tətbiq edib. Aİ-da isə bütün sərnişin nəqliyyat vasitələrinə 10 faizlik tarif tətbiq olunur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropa  





Xəbər lenti