Nazir xanımına görə vəzifəsindən istefa verdi

Nazir xanımına görə vəzifəsindən istefa verdi
  31 Avqust 2018    Oxunub:7176
Norveçin nəqliyyat və kommunikasiya naziri Ketil Sulvik-Olsen həyat yoldaşı karyera qura bilsin deyə, öz nazir postundan istefa verib.

AzVision.az “İnerfax”a istinadən xəbər verir ki, nazirin xanımına ABŞ-ın Alabama ştatındakı iri uşaq xəstəxanalarının birindən iş təklifi gəlib.
Bu mənada, həyat yoldaşının Amerikaya gedib işləyə bilməsi üçün norveçli nazir xanımının bu cür “fantastik imkanı” mütləq dəyərləndirməli olduğunu bildirib.

“Həyat yoldaşım mənə görə özünü qurban verib, indi isə eyni şeyi onun üçün etməkdə mənim növbəmdir”, – deyə Sulvik-Olsen vurğulayıb.

Norveçli nazirin bu addımı sosial şəbəkələrdə hamı tərəfindən təqdir olunub və Ketil Sulvik-Olsen digər kişilər üçün nümunə göstərilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən kişi və qadınların hüquq bərabərliyi səviyyəsinə görə Norveç dünya ölkələri sırasında ikinci yerdədir. Birinci yerdə isə İslandiyadır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Norveç  





Xəbər lenti