Parlamentdə dini mübahisə: “Bunun dinə nə dəxli var?”

Parlamentdə dini mübahisə: “Bunun dinə nə dəxli var?”
  22 Oktyabr 2013    Oxunub:1026
Millət vəkili Fazil Mustafa parlamentin iclasında çıxış edərək ölkədəki dini vəiyyətdən şikayətlənib.
Azvision.az xəbər verir, deputat dövlətin dinə qarşı deyil, cəhalətə qarşı mübarizə aparmalı olduğunu diqqətə çatdırıb:

“Dövlət dinə qarşı deyil, cəhalətyə qarşı mübarizə aparmalıdır. Çünki əslində cəmiyyətdə baş verən neqativ halların dinə heç bir aiddiyyatı yoxdur. Onlar cəhalətin təzahürüdür. İnsanlar var ki, zəncir vurur, qan çıxardır. Bunun dinə nə dəxli? Bu cəhalətin nümunəsidir. Kim müəyyən edəcək ki, nəşr olunan ədəbiyyat dini ədəbiyyatdır. Ola bilər ki,elə bir kitab nəşr olunsun ki, orada bir fəsil dinə, qalan beş fəsil qalan məsələlər həsr olunsun. O zaman biz bunu dini ədəbiyyat hesab edəcəyik. İnsan dinlə bağlı beyninə gələn fikri sosial şəbəkələrdə yaymaq üçün kimdənsə icazə almalıdır?”.

F.Mustafanın fikrincə Azərbaycanda dini ənənələrin təbliği üçün şərait yaradılmalıdır.

“Dini ənələlərinin təbliği üçlün şərait yaradılmalıdı. Bir qrup şəxslərin fikirlərini yazılmasının məhdudlaşdırılması dövlətin imicinə mənfi təsir göstərir”.

Ziyafət Əsgərov isə bildirib ki, kim deyir ki, dövlət dinə qarşı mübarizə aparır. “Qanun layihəsinə baxın. Söhbət qanunsuz nəşr olunan dini ədəbiyyatlardan gedir. Bununla Nazirlər Kabientinin qərarı da var”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti