Dövlət bayrağı ilə bağlı qanuna dəyişiklik edildi

Dövlət bayrağı ilə bağlı qanuna dəyişiklik edildi
  22 Oktyabr 2013    Oxunub:16672
Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələyə baxılıb.
AzVision.az xəbər verir ki, millət vəkili Əli Hüseynli “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinə edilən dəyişikliklər barədə danışıb.

Bildirib ki, burada dəyişiklik bayrağın rənginin beynəlxalq katoloqa uyğun olaraq rəng kodlarının dəyişdirilməsindən gedir: “Katoloqda yeni rənglər daha məqsədəuyğundur, daha yaxşıdır”.

Millət vəkili Aqil Abbas isə tədbirlərdə və beynəlxalq görüşlərdə bayrağın yuxarıdan aşağı asılarkən hansı rəngin birinci gəlməsi məsələsinəı toxunub.

“Bu ciddi məsələdir. Bizim bayrağı Iranda tərs asdılar, Azərbaycan ayağa qalxdı. Xahiş edirəm ki, bununla bağlı milli Məclis qərar qəbul etsin. Bunun asılma formasını milli məclis qəbul etsin. Yuxarıdan aşağı asılarkən yaşıl rəng birinci gəlməlidir, yoxsa mavi. Müdafiə Nazirliyinin tədbirlərində, Türkiyədə birinci yaşıl rəng tərəf önə çəkilir. Bu bayrağa görə milyonlarla azərbaycanlı ölüb. Harada islam güclüdür orada yaşıl qabaqdadır. Bu ciddi məsələdir. Bayraq aşağı asılanda necə olmalıdır?

Ziyafət Əsfərov Aqil Abbasa cavab olaraq bildirib ki, bayraqlarımız düzgün asılır.

Sabir Rüstəmxanlı isə dövlət müəssisələrinin bayrağa biganəliyindən şikayət edib. O,bildirib ki, dövlət idarələri, nazirliklər və komitələrin qarşısında bayraq asılmır? “Biz bunun onların qarşısından keçərkən də görə bilərik. Komitənin qabağına gedək, onların qabağında Azərbaycan bayrağı yoxdur. Bu bizim qanunumuzda da var, Bəs niyə buna əməl etmirlər. Hətta bəzi ölkələrdə insanlar öz evlərində də asırlar. Amma bizdə bu yoxdur”.
Ziyafət Əsgərov isə bildirib ki, Prezident Adminstrasiyası, Nazirlər Kabineti və Milli Məclisin qarşısında bayrağın asılması zəruridir: “Əgər nazirliklərin də qarışsında asılması zəruridirsə, o zaman bunu müzakirə edə bilərik”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub. Dəyişikliklə qanunun 9.2-ci maddəsi aşağıdakı redaksiyada veriləcək: “9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti