Yarım milyon azərbaycanlı Rusiyadan qayıdır

Yarım milyon azərbaycanlı Rusiyadan qayıdır
  22 Oktyabr 2013    Oxunub:1269
Yüzlərlə azərbaycanlı həyati təhlükəsizlik və gələcəkləri naminə bu cür qərar verməyə məcbur olub.
AzVision.az xəbər verir ki, bu gündən etibarən Rusiyada miqrant həyatı yaşayan Azərbaycan vətəndaşları geri qayıtmağa başlayıblar. Yüzlərlə miqrant həyatlarının təhlükəsizliyi və gələcəkləri naminə bu cür qərar verməyə məcbur olub.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, hökumət hazırda Rusiyada yaşayan təxminən yarım milyon azərbaycanlının vətənə qayıdacağı bəyan edib.

Xatırladaq ki, həmyerlimiz Orxan Zeynalovun moskvalı Şerbakovla bağlı cinayəti və onun ardınca baş verən Biryulevo etirazları fonunda paytaxt Moskvada qeyri-ruslara qarşı təqiblər baş alıb gedir. Həmçinin, Rusiya immiqrasiya xidməti və hüquq-mühafizə orqanları miqrantlarla bağlı gücləndirilmiş iş rejiminə keçiblər. Belə ki, ölkədə olan bütün miqrantların pasport və əmək fəaliyyəti ilə bağlı kütləvi araşdırmalar aparılır.

Müxtəlif mənbələrdən əldə olunmuş məlumata görə, Rusiyada yaşayan həmvətənlərimizin sayı 2 milyona yaxındır.

Ləman Əzizli
AzVision.az



Teqlər:  





Xəbər lenti