Baş naziri öldürmək istəyənə ömürlük həbs verildi

Baş naziri öldürmək istəyənə ömürlük həbs verildi
  01 Sentyabr 2018    Oxunub:3148
Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sui-qəsd planı hazırlayan şəxs ömürlük həbs cəzasına məhkum edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı İngiltərənin “Old Bailey” cinayət məhkəməsi qərar çıxarıb.

Məhkəmə Banqladeş əsilli Britaniya vətəndaşı olan Zəkəriyyə Rəhmanı Londonda terror aktı hazırlamaqda ittiham edib.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs çantada gizlədilmiş partlayıcı qurğunu baş nazirin iqamətgahının girişində işə salmağı, yarana biləcək qarışıqlıqdan istifadə edərək Tereza Meyə qarşı sui-qəsd etməyi planlaşdırıb.

AzVision.az


Teqlər: Britaniya   Tereza-Mey  



Xəbər lenti