3 avtobus toqquşdu: 7 ölü, 50 yaralı

3 avtobus toqquşdu: 7 ölü, 50 yaralı
  01 Sentyabr 2018    Oxunub:2798
Hindistanın cənubundakı Tamilnad ştatının Salem şəhərində 3 avtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 50-si yaralanıb.
AzVision.az “ANI” agentliyinə istinadən xəbər verir ki, özəl şirkətlərindən birinə məxsus olan avtobus Salemdən Dharmapuri şəhərinə yola düşərkən mikroavtobusla toqquşub və ardınca başqa bir avtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

İnsidentlə bağlı yerli polis cinayət işi açıb, istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Hindistan  



Xəbər lenti