Qaynar xətt 24 saat işləyəcək
Fəaliyyətə başladığı gündən bəri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xəttinə 51910 zəng daxil olub. Aidiyyəti zənglərin 43%-ni şikayətlər, 56%-ni məlumat xarakterli sorğular, 1%-ni isə təkliflər təşkil edib. Qeyd edək ki, 141 qaynar xətti bundan sonra 24 saat fəaliyyət göstərəcək və fasiləsiz olaraq ictimaiyyətin xidmətində olacaq.
Qeyd edək ki, təklif xarakterli zənglər NİİM tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsi mümkün olub-olmamasına baxılır. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyatı orqanlara yönləndirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
Arzu Əliyeva 10:49 13 Sentyabr 2021
10.09.2021-ci il tarixində 15.45-də Əhmədbəy Ağaoğo küsənindəki Bizim market tərəfdəki dayanacaqda 199 saylı avtobusa minib Xırdalana getdim. Sürücünün arxasındakı 2-ci sırada oturmuşdum. Avtobusdan düşəndə qara rəngli jaketim avtobusda qalıb. Kimə müraciət edə bilərəm? Telefonum 055 432 37 84 və 050 399 37 25