İlham Əliyev Yaponiyanın səfiri ilə görüşüb
Səfir Şusuke Vatanabi Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və ölkəmizdən xoş təəssüratla ayrıldığını dedi. Şusuke Vatanabi son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirdi.
Dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabiyə təşəkkür etdi. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə etdi.
Teqlər: