Rusiyada azərbaycanlılara xəbərdarlıq edildi
Lakin, həmin qruplar Moskvanın Lublino küçəsində aksiya keçirməyi planlaşdırırlar. Onların aksiya keçirtmək istədikləri yer olduqca maraqlıdır.
Buna görə də irqçi qruplar bölgədəki gərginliyi daha da artırmaq üçün xalqı küçələrə tökməyə çalışır və miqranların ölkədən çıxmasını istəyirlər. Ölkədək irqçi qruplardan birinin lideri Dmitri Demuşkin 30 minə yaxın insanın aksiyaya qoşulacağını bildirib.
Qrupların aksiya üçün müraciət etməsindən sonra, Rusiyadakı Azərbaycan diasporu da həmyerlilərimizə xəbərdarlıq edib. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) üzvü Rüstəm Arifcanov mətbuata verdiyi açıqlamada bildirib ki, bu vəziyyət onları narahat edir.
R.Arifcanov bugünlərdə azərbaycanlıları daha da diqqətli olmağa çağırıb.
“Rus yürüşü” adlanan aksiyanın təxminən 100 şəhərdə keçirilməsi planlaşdırılır.
AzVision.az